Haqqımızda

Park Hill memarlıq və tikinti şirkəti öz fəaliyyətinə 2014-cü ildən Bakı Ağ Şəhər layihəsi çərçivəsində başlamışdır..

Qısa müddət ərzində şirkətimiz müştərilərinə yaşayış binalarının inşaatı sahəsində ən yüksək keyfiyyətli layihələri təqdim etməklə seçilir.

Şirkət 2020-ci il tarixinədək 153 mənzilli olan, fransız üslubunda tikilən Həyat Park yaşayış kompleksi və 90 mənzilli olan, ispan üslubunda tikilən Park Hill Residence yaşayış komplekslərini təhvil vermişdir.

Hal-hazırda şirkət yeni layihələrə imza atmaqda davam edir və Ağ Şəhərin ən prestijli ünvanlarında yerləşən, özəllikləri ilə seçilən yüksəkmərtəbəli Park Hill Tower və Park Hill Terrace yaşayış komplekslərini müvəffəqiyyətlə inşa edir.

Park Hill şirkətinin özəlliyi ondan ibarətdir ki, öz daimi peşəkar memar və mühəndis komandası ilə birgə layihələndirmə və dizayn prosessindən başlayaraq inşaat prosesini tam bitirib təhvil verənədək sifarişçi, layihəçi və podratçı qismində yalnız özü iştirak edir. Bunun sayəsində şirkət yaşayış binalarının inşa edilməsində öz dəsti xətti ilə seçilir.