Bakı Ağ Şəhər-in Park rayonu ətraf ərazilərin və həyat tərzinin yüksək statusu baxımından premium səviyyəli klub evi üçün ideal məkandır: ətrafda elit məktəb və uşaq bağçaları, yüksək dərəcəli biznes mərkəzləri, bədii qalereyalar və dizayner studiyaları, dəbli kafelər, əla mətbəxli restoranlar və xüsusi tərzə malik gözəllik salonları vardır. Yaxınlıqda aparıcı dünya brendlərinin təklif edildiyi butiklərdən ibarət ticarət mərkəzləri, premium səviyyəli supermarketlər və 5 ulduzlu otellər yerləşir

Park Hill Terrace Bakı üçün təkcə mənzillərinin az olması ilə deyil, həm də vahid sosial mühiti ilə seçilən unikal yaşayış klubu formatıdır. Sakinlərin bütün arzu və istəklərini öyrənmək və onlara maksimal komfort həyat şəraiti yaratmaq məqsədilə developer hər bir alıcı ilə fərdi görüşlər keçirir. Vahid sosial səviyyə, oxşar maraqlar və həyat tərzi yaşayış klubundakı ailələri birləşdirərək rahatlıq, təhlükəsizlik və mehriban qonşuluq ab-havası yaradacaqdır.

"Park Hill Terrace"ın ön giriş qapısı dəbdəbəli işlənmiş lobbiyə aparır və burada qonaqları və kompleksin sakinlərini dünyanın ən yaxşı otelləri səviyyəsində gecə-gündüz xidmət göstərməyə hazır həssas işçi heyyət qarşılayacaqdır.

"Park Hill Terrace" sakinlərinə 5 ulduzlu otel səviyyəsində sutkada 24 saat işləyən konsyerj xidməti göstəriləcəkdir. Qayğıkeş işçilər çatdırma, kimyəvi təmizləmə, teatr və kinoya biletlər, restoranların əvvəlcədən sifarişi, sürücülərin çağırılması kimi 21-ci əsrin gündəlik tələbatlarını və bir çox digər gündəlik xidmətləri təmin edəcəkdir. Peşəkar idarəetmə şirkəti isə kompleksin fəaliyyətini təmin edəcək və buradakı həyatın maksimal rahatlığına nail olacaqdır. Binanın vəziyyətinə tam nəzarət, mühəndis sistemlərinin, şəbəkələrin və avadanlığın fasiləsiz işinin təmin edilməsi, otaqlarda və ətraf ərazilərdə səliqə-sahmanın və qayda-qanunun qorunub saxlanılması, yaşayış klubu sakinlərinə bir sıra xidmətlərin göstərilməsi idarəetmə şirkətinin vəzifələrinə daxildir.

Yaşayış klubunun qapalı ərazısində uşaq oyun meydançası və böyüklər üçün abadlaşdırılmış istirahət zonası yerləşir. Axşamlar ərazi rahatlıq və komfort atmosferini tamamlayan dekorativ lampalarla işıqlandırılır.

Xüsusiyyətlər image